Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Mərhum bəstəkar Cahangir Cahangirovun qızı Səidə Məhərrəmova Bakıya gəlib.
Axşam.az xəbər verir ki, onun görüntülərini Əməkdar artist Dilarə Əliyeva paylaşıb.
“Dahi bəstəkar Cahangir Cahangirovun qızı Səidə xanımla görüşdük… O qədər yüksək təəssüratla ayrıldım ki… Səidə xanım çox ziyalı insandır, onun dünyagörüşü, yanaşması, xatirələri məni valeh etdi.
“Söhbət var” layihəmdəki Cahangir bəylə bağlı monoloqum onu çox təsirləndirib.
Bu monoloqa kitabda da yer vermişəm deyə, ona hədiyyə etməyi özümə borc bildim.
Dahi və misilsiz sənətçinin yadigarı Səidə xanım, sizi çox sevdim!". Qeyd edək ki, S.Məhərrəmova ailəsi ilə Rusiyada yaşayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.