Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin Latviya yığması ilə oyunu ərəfəsində Riqada səfərdə olan AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlər üçün brifinq keçirib.
İdman.biz Fanat.az saytına istinadən baş katibin müsahibəsini təqdim edir.
- Bu oyunun sentyabrda başlayacaq seçmə mərhələyə hansı təsiri olacaq? - Vacib oyundur. Məşq xarakterli oyun olacaq.
Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Məncə, nəticəsi yaxşı olmalıdır.
- Baş məşqçi Fernandu Santuşla fərdi söhbətiniz olubmu? Onun sabahkı görüşdən gözləntisi nədir? - Təbii ki, olub.
Komandadan yaxşı oyun gözləyir. Taktiki və oyunçu seçimi baxımından müəyyən gedişləri olacaq. Məşqçi komandasına güvənir.
Ümid edirəm ki, hər şey yaxşı olacaq. - Sualım İnkişaf Strategiyası ilə bağlı olacaq. Son aylarda bir qədər sakitlikdir.