Cahangir Hacıyev üçün təcili koronar angioqrafiya müayinəsi keçirilməlidir

19.10.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin səhhətində ciddi problemlər yarandığı barədə xəbər vermişdik.

Qeyd edək ki, onun bacısı Əminə Hacıyeva səhhətində yaranan problemlərlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Əminə Hacıyeva Gununsesi.info-ya müraciətində Cahangir Hacıyevin səhhətindəki problemlərin daha da ciddiləşdiyini bildirib.

O bildirib ki, elektrokardioqramma müayinəsindən sonra həkimlər onun səhhətinin pisləşə biləcəyini qeyd ediblər. Həkimlər təcili koronar angioqrafiya müayinəsinin vacib olduğunu vurğulayıblar.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью