Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

20.10.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Borussiya" "Sabah" üçün çox çətin rəqibdir. Tarix, ad-san və futbolçu keyfiyyəti baxımından rəqib bizdən üstündür. Amma bu, futboldur və burada hər şey mümkündür". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın sabiq Texniki direktoru Cahangir Həsənzadə bildirib.
Həsənzadə "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniya təmsilçisi "Borussiya"yaya (Dortmund) qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:
"Fikrimcə, təmsilçimiz azarkeşləri önündə istədiyi oyunu sərgiləsə, müsbət nəticə əldə edə bilər. Azarkeşlərin dəstəyi komandaya əlavə motivasiya verəcək. "Borussiya"nın həm daxili çempionatda, həm də Çempionlar Liqasında nəticələri ürəkaçan deyil. Kağız üzərində rəqibin şansları daha yüksəkdir. Bununla belə, komandamız rəqibin adına və nüfuzuna baxmayaraq, öz oyun üslubundan çəkinməyəcək. Hansı taktika ilə çıxış edəcəyimizə isə baş məşqçiyə buraxaq. İnanıram ki, o, qarşılaşmaya uyğun ən doğru qərarı verəcək. İstənilən görüşdə "Sabah"ın qol imkanları olur. Əsas məsələ həmin fürsətləri dəyərləndirmək və yaranan şanslardan maksimum yararlanmaqdır. Komandamız bunu bacarsa, rəqibin gücündən asılı olmayaraq, müsbət nəticə əldə oluna bilər".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq. Qarşılaşamanın start fiti saat 20:45-də səslənəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью