Cahangir Məmmədli 84 yaşında!

26.01.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədlinin doğum günüdür.

OLAY yazır, Azərbaycan jurnalistikasının ağsaqqalı sayılan C. Məmmədlinin 84 yaşı tamam olur.

1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olan C. Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir.

Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Professor 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью