Cahangir Novruzovdan professora doğum günü təbriki

11.09.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, sentyabrın 10-u sənətşünaslıq doktoru, professor, teatrşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi İsrafil Ramazan oğlu İsrafilovun doğum günü idi.

Gununsesi.info xəbər verir ki, İsrafil İsrafilov 40 ilə yaxındır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir. O, müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.

Professoru doğum günü münasibətilə bir çox sənət adamları təbrik edib.

Onların arasında Xalq artisti, rejissor Cahangir Novruzov da var.

Xalq artisti professor haqqında xatirələrini bölüşüb.

Həmin görüntüləri təqdim edirik:

@gununsesi.info

♬ оригинальный звук – Gununsesi.info

İlhamə Məmmədova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью