Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

09.09.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə prokuror çıxışı zamanı yəqsirləndirilənin 9 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Cahid Kamal İsayev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

C. İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью