Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov avrokuboklardakı 13-cü mövsümlə bağlı verilən suala münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis “13 rəqəmi sizin rəqəminizdir, lakin 13-cü avrokubok mövsümündə dayandınız. Bunu taleyin ironiyası saymaq olarmı?” sualına cavabında belə şeylərə inanmadığını vurğulayıb:
“Mən belə rəqəmlərə inanmıram. Bəlkə də hansısa rəqəmi özümüz üçün seçməklə cahillik edirik”.