Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sanderlend”in yarımmüdafiəçisi Qranit Caka yay transfer dönəmində “Çelsi”yə keçidinin baş tutmamasını şərh edib.
QOL.az xəbər verir ki, London klubu 33 yaşlı futbolçunu baş məşqçi Xabi Alonsonun istəyi ilə heyətinə qatmağa çalışıb. Lakin “Sanderlend” 8 milyon funt-sterlinqlik ilkin təklifi qəbul etməyib və Cakanın satışa çıxarılmadığını bildirib. Daha sonra futbolçu komandada qalmağa qərar verib.
Caka bildirib ki, “Sanderlend”lə müqavilə imzalayarkən klubun uzunmüddətli layihəsindəki rolunu dəqiq bilib:
“Buraya müqavilə imzalayanda pərdəarxasında artıq müəyyən plan var idi. Bu, kluba sadiq qalmaq, ona inanmaq və uğurları üçün çalışmaqdan ibarət idi.
Mən həmişə özümə və ətrafımdakı insanlara deyirəm: mən buraya bir mövsümlük gəlməmişəm. “Çelsi” kimi bir futbol klubunun 34 yaşına yaxın futbolçunu transfer etmək istəməsi böyük şərəfdir. Təbii ki, bunun arxasında daha böyük bir şey var idi, amma kluba sədaqətim sarsılmaz idi”.