Caka və Rodriges İsveçrənin dünya çempionatları üçün rekordunu yeniləyiblər

14.06.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İsveçrə millisində oynayan yarımmüdafiəçi Qranit Caka və müdafiəçi Rikardo Rodriges 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk tur matçında Qətərə qarşı (1:1) iştirak ediblər.

İdman.Biz-in FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, onlar birlikdə dünya çempionatında ən çox oyuna çıxan isveçrəli oyunçuların rekordunu qırdılar - hər biri 13 oyun.

33 yaşlı Rodriges milli komandada debütünü 2011-ci ildə edib. Milli komandada 139 oyunda doqquz qol vurub və 14 məhsuldar ötürmə edib. 33 yaşlı Caka 2011-ci ildən bəri milli komandada oynayır. “Qırmızı xaçlılar”ın heyətində 147 oyunda 17 qol vurub və 14 məhsuldar ötürmə edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью