Cakadan sonra Embolonun da başı dərddə: İsveçrə millisindən kənarlaşdırıldı

26.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

İsveçrə milli komandasında 2021-ci ildə COVID-19 test sertifikatlarının saxtalaşdırılması ilə bağlı qalmaqal davam edir. 

Fanat.Az xəbər verir ki, kapitan Qranit Cakanın ardınca hazırda MLS təmsilçisi "Atlanta Yunayted"də oynayan hücumçu Breel Embolo da oxşar ittihamla üz-üzə qalıb. 

İnformasiyanı jurnalist Kreyq Kinq yayıb. Məhz bu xəbərdən sonra İsveçrə Futbol Assosiasiyası 29 yaşlı hücumçunun milli komandadan kənarlaşdırıldığını və UEFA Millətlər Liqasının açılış matçlarında oynamayacağını elan edib: "Brel Embolo bizi şəxsi həyatındakı problem ilə bağlı məlumatlandırdı. Bundan sonra rəhbərlik oyunçunun əvvəlcə planlaşdırıldığı kimi, milli komandaya qoşulmayacağına və komandanın hazırkı təlim-məşq toplanışını onsuz keçirəməsinə qərar verdi". 

Bu ilin aprel ayında İsveçrə milli xokkey komandasının baş məşqçisi Patrik Fişer də koronavirus peyvənd sertifikatlarını saxtalaşdırdığına görə işindən məhrum edilib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью