Cakarta dünyanın ən çox sakinli şəhəri oldu

27.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti 2025-ci il Dünya Urbanizasiya Perspektivləri hesabatını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hesabata görə, 42 milyon əhalisi ilə İndoneziyanın paytaxtı Cakarta Tokionu geridə qoyaraq dünyanın ən çox əhalisi olan şəhəri olub.

Siyahıda Cakartadan sonra 37 milyon nəfərlə Dəkkə, üçüncü yerdə isə 33 milyon əhali ilə Tokio qərarlaşıb.

BMT rəsmiləri urbanizasiyanın sürətlə artdığını və düzgün idarə edildiyi halda iqtisadi, sosial və ekoloji sahələrdə mühüm imkanlar yaratdığını bildiriblər.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью