Çalhanoğlu da sıradan çıxdı

19.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

UEFA Millətlər Liqasının VI turunda bu gün Monteneqro ilə qarşılaşacaq Türkiyə millisi daha bir itki ilə üzləşib.

“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, yığmanın kapitanı Hakan Çalhanoğlu zədəli olduğunu açıqlayıb.

O, Uelslə oyunda ayağından aldığı zədəyə görə bugünki görüşdə komandasına kömək edə bilməyəcəyini bildirib.

Xatırladaq ki, Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü və yarımmüdafiəçi Ferdi Kadıoğlu da zədə səbəbindən komandadan kənarda qalıb.

Bu gün B Liqasında keçriləcək Monteneqro - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью