Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026-da qrupdakı rəqibləri dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Avstraliya, Paraqvay və ABŞ-la oyunların asan keçməyəcəyini bildirib:
“Rəqiblərimizin adları ilk baxışdan asan görünə bilər, amma elə deyil. Avstraliya fiziki cəhətdən güclü komandadır. Xüsusilə standart vəziyyətlərdə təhlükəli ola bilərlər. Məncə, onlar Kosova kimi oynayacaqlar. Avstraliya arxada gözləyib əks-hücuma çıxan komandadır.
Paraqvay da belədir, texnikalı futbolçuları var. Həm uzaqdan zərbələr, həm də standart vəziyyətlər bizim üçün vacib olacaq. Çünki bu cəhətdən effektiv oyunçularımız var: Orkun, Arda, mən... Hava toplarında da yaxşı futbolçularımız var. Bütün variantlarımızı meydanda istifadə etməliyik.
Əlbəttə, ABŞ da var. Onların da çox yaxşı oyunçuları var. Amma dediyim kimi, əvvəlcə ilk oyuna baxacağıq, sonra növbəti matçları düşünəcəyik”.
Qeyd edək ki, Türkiyə DÇ-2026-da D qrupunda Avstraliya, Paraqvay və ABŞ-la mübarizə aparacaq.
Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən” “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”