Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Hakan Çalhanoğlu 2026/27 mövsümü başa çatdıqdan sonra "İnter"i tərk edəcək.
Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Türkiyəli futbolçu artıq "neradzurra" ilə müqaviləni yeniləməmək barədə qərar qəbul edib. 32 yaşlı yarımmüdafiəçi mövcud müqaviləsini 2027-ci ilin yayına qədər yerinə yetirmək, bundan sonra isə klubdan azad agent kimi ayrılmaq niyyətindədir.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. 32 yaşlı futbolçu Milan təmsilçisinin heyətində meydana çıxdığı heyətində 212 rəsmi matçda 50 qol vurub və 39 məhsuldar ötürmə iləyaddaqalıb.
saytlarin hazirlanmasi