Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın “İnter” klubu Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.
İdman.Biz xəbər verir ki, 2027-ci ilin yayında müqaviləsi başa çatacaq futbolçu Milan təmsilçisindən sözləşmənin daha iki il uzadılmasını istəyib.
Transfer eksperti Canluka Di Martsionun məlumatına görə, Çalhanoğlu danışıqlarda bu tələbini əsas şərt kimi irəli sürüb. Yarımmüdafiəçi həmçinin klubun gələcək planlarında əsas futbolçulardan biri kimi nəzərdə tutulmasını istəyir.
Bununla yanaşı, türkiyəli oyunçu “İnter”də qalmaq niyyətindədir. Milan klubu isə onu 2027-ci ildə azad agent kimi itirməmək üçün mümkün qədər tez razılığa gəlməyə çalışır.
“İnter” digər futbolçularının müqavilələri üzərində də işləyir. Klub Federiko Dimarkonun sözləşməsindəki avtomatik uzadılma bəndini artıq aktivləşdirib. Tərəflər müqavilənin müddətinin 2031-ci ilə qədər artırılması barədə də danışıqları davam etdirirlər.