Çalhanoğlu İtaliyada ən yaxşı oyunçu seçildi

06.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İtaliya "İnter"inin azarkeşləri ayın ən yaxşı futbolçusu ilə bağlı keçirilən sorğuda seçimi Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun xeyrinə ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ən yaxşı oyunçu adına noyabr ayındakı çıxışına əsasən layiq görülüb. O, UEFA Çempionlar Liqasında "Arsenal"a (İngiltərə), A Seriyasında isə "Napoli"yə qarşı matçlarda özünü yaxşı tərəfdən göstərib.

Çalhanoğlu qitənin ən nüfuzu klub turnirində "Arsenal"la yanaşı, "Leyptsiq" lə (Almaniya) qarşılaşmada fərqlənməyi bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью