Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tottenhem” “İnter”in (Milan) yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferi ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, türkiyəli futbolçu ilə “Yuventus”, “Komo” və “Qalatasaray” da yaxından maraqlanır. Milan klubu 2027-ci ilin yayına qədər müqaviləsi olan oyunçu ilə yeni sözləşmə imzalamaq istəyir.
Lakin tərəflər maaş məsələsində razılığa gələ bilmirlər. Hazırda mövsümə 6,5 milyon avro qazanan Çalhanoğluna “İnter” 5 milyon avro və bonuslar təklif etməyi planlaşdırır. Yarımmüdafiəçi isə gəlirinin əhəmiyyətli dərəcədə azalmasını istəmir.
Türkiyəyə qayıtmaq variantı da olan futbolçu 2021-ci ildən “İnter”də çıxış edir. Tərəflər yeni müqavilə barədə razılığa gəlməsələr, Çalhanoğlu yanvardan etibarən digər klublarla danışıqlar apara biləcək.