Çalhanoğlu qərarını açıqladı

23.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubdan ayrılacağı barədə məlumatlara münasibət bildirib.

QOL.az xəbər verir ki, Türkiyə millisinin üzvü Milan təmsilçisində xoşbəxt olduğunu və başqa komandaya keçməyəcəyini deyib: 

"İnter"də xoşbəxtəm və həmişə qalmaq istədiyimi demişəm. Hər şeyə yenidən başlamağa hazıram. Məqsədim burada, bu klubla titullar qazanmaqdır. Komanda yoldaşım Lautaro Martinezlə birlikdə oynamağa hazırıq".

Qeyd edək ki, mətbuatda Hakanla Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klublarının marqlandığı yazılmışdı.  Ötən mövsüm 31 yaşlı Çalhanoğlu bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью