Çalhanoğludan Qalatasaray a keçəcəyinə dair xəbərlərə münasibət

30.03.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnter"in türk futbolçusu Hakan Çalhanoğlu "Qalatasaray"a keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafəçi Türkiyənin "Sabah" nəşrinə açıqlamasında hazırda Milan təmsilçisində qalmaq istədiyini, lakin gələcəkdə İstanbul klubunda oynamağı arzuladığını da deyib: 

"İnter"də çox xoşbəxtəm. Zamanın bizə nə göstərəcəyini bilmirik. Bir gün "Qalatasaray"ın formasını geyinmək mənim üçün şərəf olar".

Qeyd edək ki, Hakan 2021-ci ilin yayından "İnter"də oynayır. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью