Çalhanoğlundan DÇ mesajı “Hədəfim kuboku qaldırmaqdır”

10.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026 ilə bağlı iddialı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi məqsədinin milli komanda ilə kubok qazanmaq olduğunu bildirib.

“Hədəfimdə milli komanda ilə kubok qaldırmaq var. Hər zaman hədəfimi yüksək tuturam, bu gün də belədir. Dünya çempionatındayıq, hədəfim təbii ki, finaldır. Dünya kubokunu gətirmək istəyirəm”.

Çalhanoğlu 2002-ci il dünya çempionatı ilə bağlı uşaqlıq xatirələrini də bölüşüb. O, həmin vaxt Türkiyə millisinin oyunlarını böyük həyəcanla izlədiyini deyib:

“Dünya çempionatı matçlarını həmişə məsciddə izləyirdim. İlhan Mansızın Seneqala vurduğu tarixi ‘qızıl qol’u dünən kimi xatırlayıram”.

Təcrübəli futbolçu uşaqlıqda televizor qarşısında izlədiyi turnirdə indi Türkiyə millisinin kapitanı kimi iştirak etməyin xüsusi hiss olduğunu vurğulayıb:

“Balaca olanda televizordan heyranlıqla izləyirsən, indi isə həmin səhnədəsən. Üstəlik, komandanın kapitanı kimi çıxış edirsən. Bu, sözlə izah ediləcək hiss deyil, bunu yaşamaq lazımdır”.

Qeyd edək ki, Türkiyə millisi 2002-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək. Həmin mundialda türklər yarımfinala qədər irəliləmiş və turniri 3-cü pillədə başa vurmuşdu.

Ximenez "Vulverhempton"da - RƏSMİ Noyer komanda ilə məşq etdi: DÇ-yə hazırdır "Napoli"nin ulduzuna 4 müştəri "Yuventus"la razılaşdı: "ASTON VİLLA"NIN QƏRARI BƏLLİ DEYİL Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью