Çalhanoğlunun son durumu bəlli olub

22.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyə millisində olarkən zədələnib.

Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Millətlər Liqasının Uelslə oyununda (0:0) fasilədə əzələ problemi səbəbindən əvəzlənib.

Məlumata görə, futbolçunun zədəsi ciddi deyil. 

Yarımmüdafiəçi sabah baş tutacaq "Verona" ilə A Seriyasının növbəti matçında meydana çıxa bilər.

Hakan Çalhanoğlu cari mövsümdə "İnter"lə keçirdiyi 12 matçda 4 qol vurub.
 

Jorjinyo "Beşiktaş"ın hədəfində Levandovskinin durumuna aydınlıq gəldi "Bavariya"da ciddi itki Messi yenidən Barselonada “Real”dan Porro qərarı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью