Çalhanoğlunun uğurlu seriyası qırıldı

11.11.2024

Icma.az, Apasport saytına istinadən bildirir.

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu uzun müddətdən sonra ilk dəfə penaltini qola çevirə bilməyib.

Apasport.az xəbər verir ki, türkiyəli futbolçu "Napoli" ilə matçın 74-cü dəqiqəsində penalti qazansa da, onun zərbəsi qeyri-dəqiq olub.

Çalhanoğlu "İnter"də çıxış etdiyi müddətdə ardıcıl 19 penaltini qola çevrirə bilib. “Napoli” matçında buraxılan penalti Hakan üçün “İnter” karyerasında bir ilk olub.

Karyerası boyunca cəmi 35 penalti zərbəsi yerinə yetirən Çalhanoğlu onlardan 31-ni qola çevirərək, təxminən 88,57% uğur qazanıb.

Qeyd edək ki, cari mövsümdə Çalhanoğlu bütün turnirlərdə “neradzurri”nin heyətində 12 matçda 4 qol vurub.

“Mançester Siti”dən ardıcıl 4-cü məğlubiyyət “Trabzonspor” yenə xalsız qaldı Vinisiusdan het-trik, “Real”dan qələbə A Seriyasında ayrılıq “Qalatasaray”ın futbolçusu Premyer Liqa yolunda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью