“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra (Video)

05.11.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin unudulmaz ekran əsərlərindən olan "Çalıkuşu" serialında balaca Fəridə obrazını canlandıran Esra Erbilişik illər sonra yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, uşaqlıq yaşlarından aktyorluq istedadı ilə seçilən Esra Erbilişik həmin dövrdə tamaşaçıların rəğbətini qazanmağı bacarıb. O, "Çalıkuşu" ilə yanaşı, "Tele Kızlar" serialında və Emrahın baş rolda çəkildiyi "Ayrılamam" filmində də rol alıb. Sənətçi yenidən həmin illərə nəzər salıb.

Kiçik yaşlarından kamera qarşısına keçən aktrisanın illər əvvəlki obrazı nostalji hisslər yaradıb. Xüsusilə "Çalıkuşu"nu izləyərək böyüyən tamaşaçılar üçün balaca Fəridənin xatirəsi bu gün də unudulmaz ekran anlarından biri olaraq qalır. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью