Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avro-2025-in ilkin mərhələsi çərçivəsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, millinin baş məşqçi İlqar Aslanov hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasına açıqlama verib: “Komanda yanvarın 10-dan toplanışdadır.
Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmalar yerinə yetiririk.
Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər.
Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsi
Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun.
Çünku San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”. Baş məşqçi Avro-2025-in ilkin mərhələsindəki rəqibi də dəyərləndirib: “Kosovo yığmasın