Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının IX turunun “İmişli” – “Şamaxı” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşdü.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:
“Oyunun çətin keçəcəyini bilirdik. “İmişli”də baş məşqçi dəyişikliyi baş vermişdi. Uşaqları buna uyğunlaşdırmağa çalışmışdıq. Sadəcə ilk hissədə ötürmələrdə çox səhvlərə yol verdik.
Təəssüfləndirən məqam odur ki, həm birinci, həm də ikinci qolda rəqib heç nə yaratmamışdı, bizim səhvlərimiz oldu. İkinci hissədə toparlandıq, oyuna da yaxşı qoşulduq, qolumuzu vurduq. Təəssüf ki, matçın sonlarında penalti təyin edildi. Epizodu çox dəyərləndirmək istəmirəm. Ümumiyyətlə, bilmirəm hakimlər necə qənaətə gəldi. Buna çox qarışmaq istəmirəm. Məğlub duruma düşdük.
Çalışacağıq ki, daha yaxşı, daha möhkəm kollektiv olaq. Qarşıdakı bütün maneələri aradan qaldırmağa çalışacağıq. Allah qoysa, hər şey yaxşı olar. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.
Şahin Cəfərov