Çalışacağıq ki, “qızıl dubl” edək” Buntiç

28.04.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Meydana fərqli heyətlə çıxmışdıq. Bu da istər-istəməz oyunumuza təsir edirdi”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib.

O, fasilədən sonra rəqibin təzyiqi artırdığını vurğulayıb: “Birinci hissəni yaxşı keçirdik. “Sabah” təhlükəli rəqibdir. Onlar da qalib gəlmək istəyirdilər. Buna görə ikinci hissədə təzyiqi daha da artırdılar. Biz daha çox əks-hücumlara bel bağlayırdıq. Qol vurmaq üçün şanslarımız oldu. Lakin dəyərləndirə bilmədik”.

28 yaşlı qolkiper çempionluğu rəsmiləşdirmələrinə də toxunub: “Çempionluq bizim üçün çox vacib idi. Çox sevinirəm ki, istəyimizə çatdıq. Hər birimiz xoşbəxtik”.

Buntiç mövsümü “qızıl dubl”la başa vurmaq istədiklərini bildirib: “İndi artıq kubokun finalını düşünməliyik. Əlimizdən gələni edəcəyik ki, “qızıl dubl” edək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью