“Çalışacağıq ki, üzüağ qayıdaq” U19un baş məşqçisi

04.11.2024

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 yaşadək futzalçılardan ibarət yığmamızın Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, komanda B qrupunda Kosovo və San-Marino ilə mübarizə aparacaq. Bu qrupun oyunları San Marinoda təşkil olunacaq. Qeyd edək ki, ilkin mərhələnin matçları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. Millimiz əsas mərhələyə yüksəlsə, orada Xorvatiya, Bosniya və Hersoqovina, Türkiyə ilə 7-ci qrupda mübarizə aparacaq.
U-19-un baş məşqçisi İlqar Aslanov püşklə bağlı belə dedi:

“San Marino və Kosovoya qarşı oyunumuz olacaq. Kosovonun oyunu ilə tanış deyilik. Çalışacağıq ki, üzüağ qayıdaq. Hazırlıq davam edir. 10 günlük təlim-məşq toplanışı keçirmək fikrindəyik. Əsas oyunçuları müəyyən edəcəyik”.


ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью