Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Nizami rayonunda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaq şübhəli bilinin şəxslər saxlanılıblar.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə sözügedən marketdən 6612 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.