Call of Duty oyununun filmi yayımlanacaq

24.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Məşhur oyun seriyası "Call of Duty"nin filmi yayımlanacaq.
Kulis.az xəbər verir ki, "Paramount" və "Activision" şirkətlərinin ortaqlığı ilə ərsəyə gələcək film 30 iyun 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.

"Modern Warfare" kainatına və Kapitan Prays, Soap, Qost kimi ikonik obrazlara fokuslanacaq ekran işində sadəcə döyüş səhnələri deyil, müharibənin gətirdiyi psixoloji yük və obrazların mürəkkəb daxili aləmi ön plana çıxarılacaq.

Rejissor Piter Berq filmin müharibənin real nəticələrini və insan faktorunu hiss etdirəcək güclü ruha sahib olacağını deyib.

Qeyd edək ki, layihə 10 ildən artıqdır ki, hazırlıq mərhələsindədir.

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью