Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycanı çox bəyəndim. Bakı şəhəri inanılmazdır. Məni çox gözəl qarşıladılar.
AZƏRTAC xəbər verir, bu sözləri Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Xalil Rauntri ilə üz-üzə gələcək ABŞ idmançısı Camaal Hill deyib
O, qalib gəlmək üçün hər şeyi edəcəyini bildirib: "Məni çox ağır və çətin görüş gözləyir. Həqiqətən də Bakıdakı yarış mənim üçün önəmlidir. Uğurlu nəticə qazanmaq istəyirəm. Özümə inanıram".
Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.