Camaatı özünüzə güldürürsünüz Müğənnilərə səsləndi

17.11.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib.

Axşam.az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib. O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər:

"Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz".

V.Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayevin də yayımladığı eyni tərzdə olan videonu sildirib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью