Camalov “Neftçi”də bu qədər maaş alacaq?

23.01.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” klubundan “Neftçi”yə transfer olunan Elvin Camalovun aylıq maaşı məlum olub. 

News24.az-nun əldə etdiyi məlumata görə,  Camalov ayda 25 min manat maaş alacaq. 

Qeyd edək ki, 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyunda meydanda olub.

Ağa Dadaşzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью