Camış Ginnesin Rekordlar Kitabına düşüb

18.02.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Dünyanın ən böyük camışı hesab edilən "Kinq Konq" ləqəbli kəlin hündürlüyü 2 metrdir.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, belə cinsdən olan Asiya su camışları, "Bubalus bubalis" adlanan heyvan növlərinin kifayət qədər iri canlılar olduğu yeni xəbər deyil, lakin Taylandda, Ninglani fermasında bəslənən üç yaşlı "Kinq Kon" nəhəngdir. Camışın artıq çəki almaqla, 2 metrədək böyüməsi rekord kimi qeydə alınıb.

Camışın hündürlüyü 185 santimetrə çatır. Nəhəng camış üzərində müşahidə aparanlar, Ginnesin Rekordlar Kitabının təşkilatçılarının məlumatında qeyd olunur ki, bu camış orta camışdan təxminən 50 santimetr hündürdür.
"Kinq Konq"-u hələ satmaq fikrində olmadığını bildirən camış sahibi deyib ki, heyvan bu qürurlu adını doğulanda alıb. Təsərrüfat sahibi demək olar, az sonra anlayıb ki, onun qarşısında indi dünyanın ən hündür camışı dayanıb.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью