Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tayvana yaxınlaşan "Çampi” tayfunu nəticəsində azı 500 nəfər xəsarət alıb.
Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Əməliyyat Qərargahı məlumat yayıb.
Qurum daha əvvəl bir nəfərin öldüyünü, 94 nəfərin isə xəsarət aldığını açıqlamışdı. Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub. Nəticədə çox sayda insan xəsarət alıb. Pindun dairəsində isə çimərlikdə yaranan fırtına dalğası bir nəfərin həyatına son qoyub.
Tayfunla əlaqədar şənbə günü Tayvanın 13 şəhər və dairəsində dövlət müəssisələri, məktəblər və digər təhsil müəssisələri fəaliyyət göstərməyəcək. Məhdudiyyətlər Taybey, Sinbey, Cilun, Taoyuan, Sinçju və Tayçjun şəhərlərini, eləcə də İlan, Miaoli, Çjanxua, Nantou, Yunlin və Lyançzyan dairələrini əhatə edir. Adanın digər ərazilərində isə iş və dərslər adi qaydada davam edəcək.
"Çampi” tayfunu adanın şimalına doğru irəliləyir. Onun gətirdiyi küləyin orta sürəti saniyədə 43 metrə, güclü külək burulğanlarının sürəti isə saniyədə 53 metrə çatır. Bölgədə güclü leysan yağışları da müşahidə olunur.
///teleqraf///