“Camry” ilə iki uşağı vurub qaçdı; polis meşədən tapdı VİDEO

16.07.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İki məktəblini piyada keçidində vuraraq hadisə yerindən qaçan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Rusiyanın İrkutsk şəhərində qeydə alınan qəza anı kameraya düşüb.

"Toyota Camry" markalı avtomobilin sürücüsü piyada keçidindən keçən 7 və 8 yaşlı iki azyaşlını vuraraq qaçıb. Yaralı uşaqlar dərhal xəstəxanaya yerləşdirilib.

Asayiş keşikçiləri şübhəli şəxsi ötən gecə şəhərin Oktyabr rayonundakı həyətlərdən birində yaxalayıblar. 51 yaşlı sürücü törətdiyi qəzadan sonra polisdən yayınmaq üçün meşədə gizləndiyini etiraf edib. Qəzanın törədildiyi avtomobil isə avtoservislərin birində tapılaraq cərimə meydançasına aparılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxsin sürücülük hüququ yoxdur. O, əvvəllər də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi üçün saxlanılıb.

Faktla bağlı polis tərəfindən bir neçə inzibati protokol tərtib olunub, araşdırma davam edir.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью