Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırlıq işlərinə göstərdiyi güclü dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə təşəkkürünü bildirib.
“COP31 üçün hazırlanmış xüsusi tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə Avstraliyanın Baş naziri Entoni Albaniziyə, əvvəlki sammitlərdə qazandıqları təcrübəni bölüşdüklərinə görə isə Braziliyaya və Can Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə Ərdoğan qeyd edib.