Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Samsun şəhərində baş verən yol-nəqliyyat hadisəsinə görə Azərbaycan vətəndaşı saxlanılıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, park edilən yük maşınının arxasına çırpılan motosikletin sürücüsü Umut Can Turan həlak olub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Turanın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qəzada dünyasını dəyişən sürücü vaxtilə Türkiyənin badminton üzrə millisinin üzvü olub və son vaxtlar kuryer işləyib.
Xəbərdə bildirilir ki, baş verən hadisə ilə əlaqədar sabiq idmançının motosikletinin çırpıldığı yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı Nadir S. saxlanılıb.