Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Almaniya futbolunun canlı əfsanəsi Lotar Mateus “Ayntraxt Frankfurt”un gənc hücumçusu Can Uzun haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, Mateus 18 yaşlı forvardın meydanda daim düzgün qərarlar verdiyini və oyunun gedişatını idarə edə bildiyini vurğulayıb:
“Top onu sevir, çünki o, davamlı olaraq düzgün qərarlar verir. Bütün oyunu öz əlində saxlayan futbolçudur. Ondan gözləntilər böyükdür və hər şeyi edə biləcək özünəinamı var. ‘Borussiya Mönhenqladbax’la oyunun ilk hissəsində dünya səviyyəli oyunçu olduğunu da bir daha göstərdi”.
Can Uzun cari mövsümdə “Ayntraxt” heyətində 7 oyun keçirdib və 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.