Cana qulluq iqtisadiyyatı: “Wellness” trilyonlar deməkdir

26.01.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

“Wellness” deyiləndə insanın özünü yaxşı hiss etməsinə yönəlmiş bütün fəaliyyətlərin məcmusu nəzərdə tutulur. Onun müxtəlif sektorları var. Məsələn, daşınmaz əmlak “Wellness”i şəhərin səs-küyündən, sıxlığından kənarda, təmiz hava, su, iqlim olan yerdə yaşamağı nəzərdə tutur. Əsas ideya odur ki, ev – təkcə başını soxmaq üçün dörd divar deyil, insanın mənəvi, fiziki, psixi və sosial sağlamlığını təmin edən məkan olmalıdır.
Bu, dünyada sürətlə inkişaf edən sahələrdəndir: son 6 ildə daşınmaz əmlak velnesində 225 milyard dollardan 548 milyard dollara qədər artım var. 2029-cu ilə qədər rəqəmin ildə 15,8% artmaqla trilyon dollara çatacağı gözlənilir.
“Wellness” iqtisadiyyatının mənəvi rifah seqmenti də sürətlə inkişaf edir və təkcə ABŞ-də 125 milyard dollar həcmində qiymətləndirilir. Bura meditasiya, ruhi praktikalar, keyfiyyətli yuxu və digər xidmətlər daxildir. Psixi sağlamlıq da fiziki sağlamlıq qədər diqqət mərkəzinə gətirilir.
Fiziki sağlamlıq sənayesinin özü ən azı 2029-cu ilə qədər artan inkişaf tempini qoruycaq. Buna bir neçə amil təsir göstərir:
• Əhalinin qocalması
• Xroniki xəstəliklərin profilaktikası
• Uzunömürlülülyə marağın artması.

Hazırda tibbi xidmətlər daha çox fərdi ehtiyaclara uyğunlaşdırılır. Fərdiləşdirilmiş tibbi xidmətlər bazarı ildə 9,3% artmaqla 2029-cu ildə 147 milyard dollara çatacaq.
Sağlamlıq turizminə hazırda dünyada ildə 830 milyard dollar xərclənir. Qarşıdakı illərdə bu da sürətlə artan sahələrdən olacaq.
Samir Quliyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью