“Canan ad günündə Röyanın bu sözünə görə stres yaşadı, ağladı, günahdır” Aygün Bəylərin ba…
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Əslində Röya xanım da bir anadır, azərbaycanlı qadınıdır, gözəl sənətçidir.
Amma onun “Aygün Bəyləri heç vaxt bağışlamayacam” sözü mənə də, qızına da çox pis təsir etdi. Əminəm ki, Aygünsevərlər də üzülüb.
Qızının ad günüdür, ağlayır, stres keçirib. Deyir ki, “mən istəmirəm ki, anamın ruhunu narahat etsinlər”.
Cananın 16 yaşı tamam olur, amma o doğum günündə ağlayır. İstəməzdik ki, belə bir xoşagəlməz hal yaşansın”.
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
O daha sonra əlavə edib: “Röya xanım deyir ki, Aygünü bağışlamıram. Bağışlayan bir tək Allahdır. Biz bu dünyada müvəqqəti olaraq yaşayırıq.
Əzrayıl hamının qapısını döyəcək. Hər birimiz ölüm şərbətindən dadacağıq. Heç kim huri mələk olub bu dünyadan getməyəcək.
Tam oxu
Xəbəri oxu