Çanaqqala boğazında gəmilərin hərəkət dayandırıldı

26.02.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çanaqqalada sıx duman səbəbiylə iki istiqamətli tranzit gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, səhərə doğru artan duman dənizdə görmə qabiliyyətinin azalmasına səbəb olub. Bu səbəbdən də Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi radio vasitəsilə şimal və cənubda üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli tranzit gəmi keçidlərinə bağlandığını elan edib.

Murad Məmmədli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью