“Çanaqqala Şamaxı: Eyni Ruh, Eyni Qürur” sərgisi təşkil olunub

31.10.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə Ezine Kaymakamlığı, Ezine və Geyikli Bələdiyyələri, Çanaqqala Onsekiz Mart Universiteti, Ezine Xalq Təhsil Mərkəzi, eləcə də Şamahı Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Çanaqqala-Şamaxı: Eyni Ruh, Eyni Qürur” sərgisi təşkil olunub.

Newscenter.az-a Yunus Emre Institunun Azərbaycan ofisindən bildirilib ki, Şamaxıda baş tutan sərgidə sənətsevərlər bir araya gəlib.

Sərgi çərçivəsində Ezine Xalq Təhsil Mərkəzinin usta müəllimləri tərəfindən Şamaxı tələbələri üçün keramika rəsmləri və əl işləri üzrə seminarlar keçirilib. Sərgi 10 gün ərzində ziyarətçilər üçün açıq olacaq.

Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью