Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Çanaqqala vilayətində qeyri-qanuni miqrasiyaya qarşı keçirilən əməliyyatlar zamanı 51 miqrant saxlanılıb.
XQ-nin məlumatına görə, sentyabrın 18-dən 24-dək vilayət ərazisində 6 ayrı əməliyyat keçirilib. Əməliyyatlar zamanı 51 qeyri-qanuni miqrantla yanaşı, onların daşınmasını təşkil etdiyi ehtimal olunan 2 şübhəli də saxlanılıb.
Saxlanılan miqrantların müvafiq prosedurların aparılması üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilir.