Çanaqqalada baş verən yanğın tamamilə söndürülüb

18.08.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Çanaqqalanın Gelibolu bölgəsində baş verən meşə yanğını tamamilə nəzarət altına alınıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı açıqlamasında meşə qəhrəmanlarının fədakar mübarizəsi nəticəsində alovların söndürüldüyünü bildirib.

Yanğın nəticəsində zədələnmiş ərazilər pilotsuz uçuş aparatları vasitəsilə qeydə alınıb.

Məlumata görə, ehtiyat tədbiri olaraq Gelibolu və Eceabat rayonlarına aid 7 kənd boşaldılıb, yanğınsöndürmə işlərinə isə 1300 nəfərlik heyət və 343 texnika cəlb olunub.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью