Çanaqqalada meşə yanğını... 4 kənd boşaldılıb, bəzi evlər yanıb, heyvanlar tələf olub

16.07.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Türkiyənin daha bir bölgəsində - Çanaqqalanın Ayvacık rayonunda meşə yanğını başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğınının söndürülməsinə havadan və qurudan müdaxilə olunur.

Məlumata görə, yanğın Naldöken kəndində dünən başlayıb və gecə küləyin  güclənməsi ilə böyüyüb: "Bu səbəbdən ehtiyat tədbiri olaraq Naldöken, Tuzla, Çamköy və Taşağıl kəndlərinin əhalisi təxliyə olunub. Naldöken kəndindəki bəzi evlər, damlar  yanğından zərər çəkib, çoxlu sayda heyvan tələf olub".

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью