futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Roma” yarımmüdafiəçisi Lorenso Pelleqrini ilə yenidən anlaşıb.
Futbolpress.az xəbər verir ki, 30 iyunda paytaxt klubu ilə müqavilə müddəti bitən və azad agent statusuna düşən 30 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə bağlanıb.
“Roma” akademiyasının yetirməsi olan Pelleqrini yalnız “Sassuolo”da keçirdiyi ikiillik dövrü çıxmaq şərtilə bütün karyerasını “canavarlar”ın heyətində keçirib.
Pelleqrininin yeni müqavilə üzrə illik maaşı bonuslar nəzərə alınmadan 2,5 milyon avro olacaq.