Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-də iki zoopark əməkdaşı canavarların hücumuna məruz qalıb. Hadisənin canavarların sürüdəki dişi canavarı qorumağa çalışması zamanı baş verdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Məlumata görə, baxıcılar ölmüş dişi canavarın cəsədini volyerdən çıxarmaq üçün əraziyə daxil olublar. Bu zaman volyerdə qalan iki canavar narahatlıq və aqressiya nümayiş etdirməyə başlayıb.
Yırtıcılar qadın əməkdaşlara hücum ediblər. Baxıcılardan biri əlindəki kürəklə müdafiə olunaraq volyerdən çıxmağı bacarıb. Digər əməkdaş isə canavarlardan biri ilə birlikdə volyerdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər qadına pilləkən vasitəsilə volyerdən çıxmağa kömək ediblər. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun qulaq və boyun nahiyəsində yaralar, əl, ayaq və omba hissələrində deşilmiş xəsarətlər, həmçinin bədəninin müxtəlif yerlərində dərin kəsiklər qeydə alınıb.
Hadisədən sonra hər iki canavar baytarlar tərəfindən müayinə edilib və onların sağlam olduqları müəyyənləşdirilib.
NURİYYƏ