Candan Erçetin müğənniliyi atdı, fermer oldu

15.05.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Candan Erçetin müğənnilikdən uzaqlaşaraq kənddə yaşamağa başlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Candan Erçetin Kırklarelinin Lüləburqaz mahalının Ayvalı kəndində 3 hektar ərazidə ferma qurub.

Təbiətlə iç-içə yaşayan məşhur müğənni fermasında iribuynuzlu heyvanlarla yanaşı 15-dən çox it, həmçinin pişik, toyuq, quzu, tovuzquşu, eşşək də saxlayır.

Ekoloji əkinçilik üsulları ilə tərəvəz yetişdirən Candan Erçetin hətta məhsullardan qış tədarükü görərək turşular da hazırlayır.

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью