Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur müğənni Candan Erçetin illər əvvəl yaşadığı uğursuz evliliyi ilə bağlı səmimi etiraflar edib.
BAKU.WS xəbər verir ki, aparıcı Ahmet Mümtaz Taylanın təqdimatında yayımlanan "Empati" proqramının qonaq olan sənətçi, avstriyalı arxeoloq Andreas ilə vizaya görə evləndiyini deyib.
"Vyanada magistratura təhsili aldığım illərdə avstriyalı arxeoloq Andreas ilə tanış oldum və 9 ay evli qaldım. Bu nikah tamamilə formal xarakter daşıyıb. Bizim evlənməyimizin əsl səbəb onun viza icazəsi ilə bağlı idi. Türkiyəyə gələndə burada bir müddət qalması lazım gəlirdi. Avstriyadan gəldi və biz Türkiyədə evləndik. Sonradan doktoranturanı işini tamamlaya bilmədi və ölkədən getdi. Ona "Ehtiyac olsa, arxanca gələrəm" kimi bir söz demədim, bu mövzuda mövqeyim çox qəti idi".
Məhəbbət haqqında fərqli və maraqlı bir dünyagörüşünə sahib olduğunu deyən sənətçi, sevgini şizofrenik bir vəziyyət adlandırıb:
"Sevgi, insanın bütün kimyasının dəyişdiyi, bir az şizofrenik bir vəziyyətdir. Müthiş bir duyğudur. Mən bu hissi sadəcə insanlara qarşı deyil, heyvanlara, təbiətə, hətta gözəl açan bir sabaha qarşı da duya bilirəm".
Candan Erçetin, hazırda sevgili olduğu Hakan Karahan ilə tanışlıq hekayəsindən də danışıb.
"Televiziya proqramı hazırlayırdım və aikido dərslərinin çəkilişinə getmişdim. Orada tanış olduq. Sonradan mənim mahnı oxuduğum məkana gəldi. Bir-birimizin həyatında qoyduğumuz əmək çox böyükdür" -deyə o qeyd edib.
Məlumat üçün bildirək ki, Candan Erçetin Hakan Karahan ilə 30 ildən çoxdur sevgilidir. Cütlük ortaq qəarar əsasən eyni yox, ayrı-ayrı evlərdə yaşayır.